Bakıda vətəndaşları aldadan İlahəyə 7 il həbs cəzası verildi

Hazırda oxunan: Bakıda vətəndaşları aldadan İlahəyə 7 il həbs cəzası verildi

57120

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən İlahə Məmmədovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Məmmədova zərərçəkmiş Cümşüd Həsənovdan 89 min 750 manat, Svetlana Səmədovadan 48 min manat, Fariz Bədəlovdan 30 min manat, Fərhad Səfərlidən isə 15 min manat dəyərində qızıl-zinət əşyalarını aldadaraq ələ keçirib.

İ.Məmmədova ifadəsində qızıl-alış verişi ilə məşğul olduğunu, zərərçəkmiş şəxslərdən aldığı pulun bir qismini isə qeyri-rəsmi yaşadığı polis əməkdaşı Anar Səfərova verdiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin