Əli Həsənovun oğlu ABŞ-da nə işlə məşğuldur? – SON MƏLUMAT

Hazırda oxunan: Əli Həsənovun oğlu ABŞ-da nə işlə məşğuldur? – SON MƏLUMAT

57110

Ölkə mətbuatında mütəmadi olaraq PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin ölkəni tərk etməsi barədə informasiyalar dərc olunur.

Adı müxtəlif yeyinti hallarında hallanan Şamxal Həsənlinin tərcümeyi-halına nəzər saldıqda, onun təhsil aldığı ixtisasların sonrakı fəaliyyət istiqamətləri ilə bağlılığı da müəyyən şübhələr doğurur. 

Şamxal Həsənli ilk bakalavr təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə alıb. Daha sonra isə, Şamxal Həsənli Türkiyədə Kinematorqafiya ixtisası üzrə təhsil həyatını davam etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun bacanağından YENİ XƏBƏR VAR


Əvvəla onu qeyd edək ki, həmin dövrdə PA-da şöbə müdiri kimi fəaliyyət göstərən Əli Həsənovun MTRŞ-nın sabiq sədri Nuşirəvan Məhərrəmli ilə yaxın münasibətlərdə olduğu da ölkə mediası tərəfindən tez-tez qabardılan mövzular arasındadır.

Şamxal Həsənlinin kinematoqrafiya sahəsində fəaliyyətini də məhz bu yaxınlıqla bağlayan iddialar mövcuddur.

Belə ki, 2013-cü ildə teleserialların çəkilməsi üçün ayrılan 6 milyon manat vəsait MTRŞ tərəfindən özəl telekanallar arasında bərabər şəkildə bölünüb. Ayrılan 6 milyon manatın 1 milyon manatı həmin dövrdə Şamxal Həsənlinin rəhbərlik etdiyi “Xəzər” TV-yə verilib. “Xəzər” TV isə “Əli və Nino” serialı çəkilməsinə dair “Term” prodakşnla müqavilə bağlanıb. Amma “Term” prodakşının filmi işıq üzü görməyib.

Bundan əlavə ATV-yə ayrılan pulların da xeyli hissəsinin Ə.Həsənovun tapşırığı ilə oğlu Şamxal Həsənova verildiyi iddia olunur. Onun prodakşn rəhbəri olaraq həmin pullar hesabına C.Cabbarlının “Aydın” pyesi əsasında eyni adlı teleserial çəkməli olduğu da qeyd edilib. Amma həmin teleserial hələ də işıq üzü görməyib.

Məhz qeyd etdiyimiz istiqamətdə ayrılan vəsaitlərin “istifadə”sində Eks MTRŞ sədri (2003-2020) Nuşirəvan Məhərrəmlinin Şamxal Həsənliyə yardımçı olduğu da şübhələr arasındadır. 

Şamxal Həsənlinin növbəti və hələlik sonuncu təhsili ABŞ-da memarlıq sahəsi üzrə olub. Əldə etdiyimiz son informasiyaya görə isə, Şamxal Həsənli ABŞ-ın Pensilvaniya statında elə ixtisası üzrə - əmlak alqı-satqısı ilə bağlı bizneslə məşğuldur. 

Xatırladaq ki, Şamxal Həsənlinin adı da Vüqar Səfərlinin məhkəmə prosesində tez-tez hallanıb. Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılıb.

Belə ki, şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır. Mühasib çalışan Abdullayev bir dəfə Şamxal Həsənliyə 600 min manat, Gülər Vəliyevaya isə 580 min AZN verdiyini iddia edib.

Məhkəmədə elan edilib ki, “Portos” MMC ləğv edilmiş KİVDF tərəfindən jurnalistlər üçün tikilən iki binanın inşasını reallaşdırıb. Amma vəsatət təmin edilməyib. Bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb.

Qeyd edək ki, sabiq şöbə müdiri Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır.

Bir neçə il əvvəl Əli Həsənov "BBC"-nin sualına cavabında "ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm" deyə cavab verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin