Dövlət İmtahan Mərkəzi orta məktəb dərsliklərindəki səhvlərə münasibət bildirib.
Bizim.Media-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, 2012-ci ildə ölkə Prezidenti o vaxtkı TQDK-ya dərsliklərin monitorinq keçirmək səlahiyyəti verib:
“2016-cı ildə DİM-in nizamnaməsində də qeyd olundu ki, Təhsil Nazirliyinin sifarişi əsasında monitorinq keçirə bilərik. Hər il Təhsil Nazirliyi dərslikləri təkmilləşmiş layihə şəklində bizə göndərir. Dərsliklərin məzmunu, bədii tərtibatı, tapşırıqlar, dizayna baxılır.
MÖVZU İLƏ BAĞLI:
Qrup imtahanı adlanan əcaib sistem, təhsildə DİM SƏDDİ - “40 manata sınaq olar? – Ekspertdən SUALLAR
Məzmunun izlənməsi baxımdan yekun rəylər hazırlayırıq, təkliflər veririk, səhvlər və mübahisəli məqamlar varsa, qeyd edib TN-ə göndəririk. Təkliflər də nəzərə alınır. IV sinif “Rus dili” dərsliyi ilə bağlı layihə yəqin ki, gələn illərdə bizə göndəriləcək, çünki bu il hələ II sinif üzrə hazırlanan kitab layihələri göndərilib”.
DİM rəsmisinin sözlərinə görə, sözügedən materialla bağlı yanlışlığı elektron versiyada artıq düzəldiblər.
Bizim.Media