Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndi - FOTO

Hazırda oxunan: Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndi - FOTO

57090

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhərin müxtəlif ərazilərində keçirilən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən, antisanitar vəziyyət yaradan pərakəndə ticarətlə məşğul olanlar müəyyən edilib.

Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərlə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Ehtiram Muradov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin