Qurban Qurbanovu niyə həbs etdilər?

Hazırda oxunan: Qurban Qurbanovu niyə həbs etdilər?

57073
Yerli ekspertin fikrincə, Dağıstan prezidenti azərbaycanlılara qarşı intriqalar qurur
Dünən Dərbənd şəhərinin icra başçısı, Dağıstanın Azərbaycan diasporunun lideri Qurban Qurbanov həbs edilmişdir. Bu barədə Rusiya kütləvi informasiya vasitələri Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə İstintaq Komitəsinin İstintaq İdarəsinə istinadən xəbər verirlər. Qeyd edək ki, son bir neçə ay ərzində Dağıstanın yeni prezidenti Ramazan Abdulatipov və Dərbəndin meri Qurban Qurbanov arasında düşmənçilik davam edir. Lakin prezidentin Qurbanovu "vurmaq" cəhdləri azərbaycanlılardan ibarət klanın ciddi əks təsirləri ilə üzləşmişdir.

Bununla belə, 16 sentyabr 2014-cü il tarixində Qurbanov barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 286-cı maddəsinin 2-ci hissəsində (vəzifə səlahiyyətlərinin aşılması) nəzərdə tutulmuş cinayət əlamətlərinə görə Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə İstintaq komitəsinin İstintaq İdarəsinin rəhbəri tərəfindən cinayət işi açılıb.

Öz növbəsində, echo.az saytının verdiyi xəbərə görə, Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlunun bildirdiyinə görə, Qurban Qurbanovun həbsi Azərbaycan və Dağıstan arasındakı münasibətlərə özünün mənfi təsirini göstərəcək. "Çox təəssüf ki, Ramazan Abdulatipov, Prezidentimiz İlham Əliyevlə danışıqları zamanı, ölkəmiz və bütovlükdə azərbaycanlılar haqqında yalnız ən müsbət fikirləri ifadə etsə də, öz əməllərində Dağıstan azərbaycanlılarına qarşı "kənd" intriqaları qurur. Əgər onun bütovlükdə Dağıstan azərbaycanlıları barəsində müəyyən narazılıqları varsa, onda o, belə davranmaqdansa, bu haqda açıq şəkildə bəyan etməlidir. Abdulatipov yenicə hakimiyyətə gələndə, Dağıstanın digər şəhərinin icra başçısına qarşı də eynilə rəftar etmişdi. İndi isə, görünür ki, növbə artıq Qurban Qurbanova çatmışdır. Mən inanıram ki, rəsmi Moskva Qurbanovun həbsinə açıq-aşkar və ya gizli formada bu hadisəyə öz münasibətini bildirəcək və vəziyyət sabitləşəcəkdir", deyə o qeyd edib.

Ekspertin söylədiyi kimi, Abdulatipov Dağıstanda ləzgiləri və azərbaycanlıları bir-birlərinə qarşı kökləməyə çalışır. O, milliyyətcə avardır və görünür ki, etnik baxımdan azərbaycanlılar və ləzgilərin sülh şəraitində yaşamaları ilə barışa bilmir. Dağıstan prezidenti sadəcə olaraq təxribatla məşğuldur, hərçənd ki, belə davranış prezidentin vəzifələrinə xas olan iş deyil. Xatırlamağa dəyər ki, Rusiyanın Prezidenti Vladimir Putinin fərmanına əsasən, Dərbəndin mərkəzi küçəsi Heydər Əliyevin adını daşıyır. Bu isə öz növbəsində Rusiya Federasiyası Prezidentinin Azərbaycana və bütövlükdÓ™ azərbaycanlılara qarşı hörmətinin daha bir bariz nümunəsidir.

Xatırladaq ki, Dağıstanın Dərbənd rayonunda sıx yaşayan azərbaycanlılar bundan daha öncə bu respublikanın rəhbərliyinin qanunsuz qərarlarına qarşı etiraz aksiyalarını keçiriblər. Bu haqda "Azərbaycan Dünyası" jurnalının rəhbərliyi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilmiş avqust mətbuat konfransının keçirilməsi zamanı bildirilmişdi. Jurnalın redaktoru Eldar İsmayıl bildirib ki, etirazın başlıca səbəbi etnik azərbaycanlı Qurban Qurbanovun Dərbəndin icra başçısının postundan uzaqlaşdırmaq cəhdi ilə əlaqədar idi.

Dağıstanda rayon administrasiyalarının başçıları yerli sakinlər tərəfindən seçilir. Qeyd edək ki, Qurbanovun səlahiyyətləri 2015-ci ilin may ayında bitməli idi. O, seçicilərin mandatına malik olduğunu səbəb gətirərək, öz vəzifəsindən getməkdən imtina etdi. Amma Abdulatipov etnik tabasaranlı olan keçmiş Ədliyyə Naziri Azadi Rəhimovu Dərbəndin icra başçısı təyin etmək istəyir. Mətbuat konfransının təşkilatçıları hesab edirlər ki, bütün bunlar yüzlərlə hektar məhsuldar torpağın azərbaycanlıların əlindən alınması məqsədinə xidmət edir. Azərbaycanlıların Dağıstanda qoruyub saxladıqları son qalanı, Dərbəndi onların əlindən almaq, həmçinin onları bu respublikadan çıxarmaq istəyirlər.

Dağıstanın rəhbərliyini həmçinin rayonun sosial-iqtisadi inkişafı üçün Qurbanovun Azərbaycandan maliyyə dəstəyi alması faktı qıcıqlandırır. Belə ki, Dərbəndin sosial-iqtisadi inkişafı üçün rəsmi Bakı 30 milyon manat ayırmışdır. Bundan əlavə, Dərbənddə Azərbaycan Teatrının yeni binasının tikintisi, Nizami adına parkın abadlaşdırılması, Olimpiya Kompleksinin tikintisi nəzərdə tutulur. Bütün bunlar isə azərbaycanlıların Dərbənddə mövqelərinin möhkəmələndirilməsi deməkdir ki, bu da Mahaçqalada bir sıra qüvvələrə sərf etmir. "Bununla əlaqədar Dağıstan azərbaycanlıları rəsmi Bakını öz diqqətini Dərbənddəki vəziyyətə yönəltməyə çağırırlar", - deyə Eldar İsmayıl (contact.az) bildirmişdir.

Xatırladaq ki, Qurban Qurbanov 1998-ci ildən bu rayona təxminən 25 il rəhbərlik etmiş atası Seyid Qurbanovu əvəz edərək bu vəzifədədir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin