Bakıda evə silahlı BASQIN: xəsarət alan var

Hazırda oxunan: Bakıda evə silahlı BASQIN: xəsarət alan var

57003

Bakıda evə silahlı basqın edilib, xəsarət alan var.

Bizim.Media xəbər verir ki, hadisə yanvarın 22-i saat 03 radələrində Nəsimi rayon, 3-cü Alatava küçəsi, ev 203-də qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əli Əlizadə əlində olan bıçaqla Namir Əhmədovun yaşadığı evə daxil olub. O, ev sahibini bıçaqla hədələyərək cibində olan pulları tələb edib.

Ə.Əlizadə daha sonra N.Əhmədovun sağ diz nahiyəsinə bıçaqla xəsarət yetirib və onun 2 manat 80 qəpik pulunu götürərək qaçıb.

Ə.Əlizadə yanvarın 23-də Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin