Ağsu rayonun Ərəbmehdibəy kəndində baxımsız, kimsəsiz vəziyyətdə yaşayan Əzəmət Mikayılova Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, məsələ ilə bağlı lazımi proses başlanıb:
MÖVZU İLƏ BAĞLI:
Tənha insanların problemləri ilə bu nazirlik məşğul olacaq – Yeni yaradıldı
“Sözügedən vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərilib", - deyə Agentlikdən bildirilib.
Bizim.Media