Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limitin artırılması, konkret olaraq 250-300-ə qədər qaldırıla biləcəyi bildirilir. Söyləntilərə görə fevralın 15-dən sonra, konkret olaraq isə mart ayından etibarən rəsmi qərarla toya gələn qonaq sayının artırılacağı gözlənilir.
Sosial şəbəkələrdə müzakirə edilən bu məsələ Azərbaycanda test nəticəsi “müsbət” olan şəxslərin və onların təcrid (karantin) müddətinin 14 gündən 7 günə azaldılması ilə əsas gətirilir.
Həmçinin, Azərbaycanda “Omikron”la bağlı durumun gərgin olmadığı və buster dozun (üçüncü doz) tətbiqinə geniş yer verildiyi də önləmə alınıb.
Məsələ ilə bağlı Nazirlər Kabineti ilə əlaqə yaratmağa çalışsaq, da zənglərimizə cavab verən olmayıb.
Milli Məclisin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında toylarda qonaq sayının artırılması fikrini dəstəkləyərək, məsələnin reallaşdırılmasını vacib sayıb:
“Bunlar texniki məsələlərdir. Gedişatda qonaq sayı ilə bağlı dəyişiklik etmək mümkündür. Onsuz da sayı müəyyənləşdirmək olmur və artırmaqla da sui-istifadə halları çoxala bilər. Bütövlükdə texniki məsələyə baxmaq olar. Bir az vətəndaşın vəziyyəti yüngülləşsin. Bunlar hamısı sıxıntı verən məsələlərdir və insan həyatına təsir göstərir”.
Deputat hesab edir ki, nəzarət məsələsini gücləndirməklə qonaq sayını artırmaq mümkündür ki, insanlar rahat şəkildə tədbirlərini keçirsinlər.
Qeyd edək ki, Azərbaycanda ötən ilin bir iyul tarixindən etibarən toyların keçirilməsinə yalnız 150 nəfərədək icazə verilib. Toyda iştirak edən qonaqların isə mütləq vaksin və ya immunitet sertifikatının olması tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır.
Xatırladaq ki, fevralın 15-dən sonra Azərbaycanda COVID-19 pasportu və immunitet sertifikatı müddətli olacaq.
COVID-19 pasportlarının müddəti 6 ay müəyyən edilib. Vətəndaş 6 ay bitikdən sonra COVID-19 pasportunun müddətini uzada bilmək üçün 3-cü (buster) doza vaksin qəbul etməlidir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 24.01.2022
Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
Hazırda oxunan: Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
Hazırda oxunan: Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
56918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.