Şuşaya səfər edən ilk sərnişindən səfər təəssüratı - FOTO

Hazırda oxunan: Şuşaya səfər edən ilk sərnişindən səfər təəssüratı - FOTO

56907

Yanvarın 24-də Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib. 

Saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu artıq Şuşaya çatıb.

Şuşaya səfər edən ilk sərnişinlərdən biri olan Rüfət Mədətli Bizim.Media-ya təəssüratlarını bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan yola çıxan ilk sərnişin avtobusu Şuşaya çatdı - FOTO/VİDEO


O, bu günü hər zaman xəyal etdiyini dilə gətirib:

“Mən Şuşanı ancaq fotolarda görmüşdüm amma hər zaman həsrətində idim. Qarabağda, Şuşada olmaq mənim ən böyük arzum idi. Böyük arzum çox şükür ki, bu gün gerçəkləşdi. Avtobusla 6 saat yarıma çatdıq. Yolboyu hər şey ürəyimizcə idi. Şuşaya çatana qədər çox həyəcanlı idim hansı ki, bu hisləri sözlərlə ifadə etmək olmur. Çox duyğulanmışdım”.

Rüfət deyir ki, hava da səfərimizə uyğun idi. Mülayim, günəşli hava vardı:

“Şuşanın havası çox gözəldir. Yerdə qar var amma günəş çıxıb hətta adamı yandırır deyərdim. Telefonla da rahat ailəmizlə əlaqə saxlaya bilirik, set problemi  yoxdur”.

İnfrastruktur işlərinin də sürətli getdiyini bildirən müsahibimiz qısa müddətdə ziyarətə gələn həmvətənlilərimiz üçün rahat şəraitin yaradıldığını da bildirib:

“Burada “QoçƏt” restoranı və 3 market (“Bravo”, “Araz”, “Bolmart”) fəaliyyət göstərir. İstədiyimiz bir çox şeyi almaq mümkündür demək olar ki, hər şey əlçatandır”.

“Artıq hazırlaşıb geri qayıdırıq” deyən, Rüfət Mədətli Şuşadan redaksiyamız üçün çəkdiyi fotoları da yollayıb. 

Səkinə Yusibli, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin