Bu gündən Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə 400-ə yaxın bilet satılıb.
Bizim.Media xəbər verir ki, fevralın 15-nə qədər sözügedən istiqamətdə bütün reyslərə bilet satışı tamamlanıb.
Bakı-Ağdam-Bakı marşturu üzrə isə bilet satışı bir qədər zəifdir. Belə ki, sərnişinlər bir gün sonra yerinə yetiriləcək reyslərə bilet ala bilərlər. Eyni sözü Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu üzrə həyata keçirilən avtobus reysləri haqqında da demək olar.
Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. 
Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir.
Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar. (Report)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							09:17 / 24.01.2022
							
						Bakıdan Şuşaya gedən avtobuslara neçə bilet satılıb?
						
							
								Hazırda oxunan: Bakıdan Şuşaya gedən avtobuslara neçə bilet satılıb?							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bakıdan Şuşaya gedən avtobuslara neçə bilet satılıb?							
						56811
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































