Ölkəmizi Rusiyada keçirən beynəlxalq festivalda təmsil edən "Şuşa" Şən Hazırcavablar Klubu (ŞHK) komandasının adını dəyişərək "Buta" qoyması bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bizim.Media xəbər verir ki, komandanın rəhbəri Müşfiq Abbasov bunun ikinci tura keçmək üçün qarşılarına şərt kimi qoyulduğunu açıqlayıb.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirərək onların mövzuya münasibətini öyrənib.
Şəhər sakinlərinin əksəriyyəti təmsilçilərimizin qərarından narazılıqlarını ifadə ediblər.
Kimsə "onların yerinə utandım", kimsə də "ad dəyişmək yerinə geri qayıdardılar" kimi fikirlər işlədib.
Daha ətraflı süjetdə:
Bizim.Media