Xəbər verdiyimiz kimi, Goranboyda ağır yol qəzası olub.
Nəticədə 2 bacı ölüb, 5 nəfər (bir azyaşlı uşaq, iki kişi və iki qadın) xəstəxanaya aparılıb.
Hadisə Naftalan-Qızılhacılı avtomobil yolunda baş verib.
MÖVZU İLƏ BAĞLI:
Goranboyda ölən və yaralananların adları açıqlandı - ÖZƏL / FOTO
Bizim.Media xəbər verir ki, ölənlərin sayı artıq 3-ə çatıb. Bu, 1972-ci il təvəllüdlü Əliyeva Dilarədir.
Xatırladaq ki, iki bacı - 1968-ci il təvəllüdlü, Təhlə kənd sakini Tanrıverdiyeva Aybəniz Əli qızı, 1964-cü il təvəllüdlü, Təhlə kənd sakini Tanrıverdiyava Vəzifə Əli qızı dünyasını dəyişib.
Xəsarət alanlar isə 1982-ci il təvəllüdlü, Təhlə kənd sakini Əliyev Rəsul Eldar oğlu, 9 yaşlı Əlizadə Cəmilə Rəsul qızı, 1990-cı il təvəllüdlü, Təhlə kənd sakini Əliyeva Sənəm Məmməd qızı, VAZ-2199 markalı avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü, Qızılhacılı qəsəbə sakini Orucov İkram İbrahim oğludur.
Xatırladaq ki, VAZ-2109 (22 BF 937) və VAZ-2199 (20 EM 319) markalı avtomobillərin toqquşması faciəyə səbəb olub.
Ehtiram Muradov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:56 / 23.01.2022
Goranboy qəzasında ölənlərin sayı 3-ə çatdı
Hazırda oxunan: Goranboy qəzasında ölənlərin sayı 3-ə çatdı
Hazırda oxunan: Goranboy qəzasında ölənlərin sayı 3-ə çatdı
56765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.