Qanunsuz ov edən Masallı sakini saxlanıldı

Hazırda oxunan: Qanunsuz ov edən Masallı sakini saxlanıldı

56732

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən Masallı rayon sakini S.Tahirov saxlanılıb.

MÖVZU İLƏ BAĞLI:

Saatlıda qanunsuz dovşan ovlayan şəxs saxlanıldı


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, S.Tahirovdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı ov tüfəngi və qanunsuz ovladığı çöl dovşanı aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq, baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin