Mingəçevirdə DƏHŞƏT: 7 yaşlı qız öldü, bacısı ilə anası reanimasiyadadır - FOTO

Hazırda oxunan: Mingəçevirdə DƏHŞƏT: 7 yaşlı qız öldü, bacısı ilə anası reanimasiyadadır - FOTO

56660

Mingəçevirdə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Bizim.Media-nın məlumatına görə, hadisə Energetiklər yaşayış massvində ana və iki azyaşlı qızı vanna otağında dəm qazından zəhərləniblar.

Hər üç şəxs xəstəxanaya çatdırılsa da 2015-ci il təvəllüdlü Şirinova Nigar Rəşad qızının həyatını xilas etmək mümkün olmayıb.

MÖVZU İLƏ BAĞLI:

Mingəçevirdə 5 yaşlı qızı alovlar içindən xilas edən QƏHRƏMAN kim imiş? - VİDEO


Onun bacısı, 2012-ci il təvəllüdlü Şirinova Lalə və anaları 1990-cı il təvəllüdlü Şirinova Aişə Hüseynxan qızı isə ağır durumda reanimasiya şöbəsinə yerIəşdiriliblər.

İlkin məlumata görə, uşaqları çimizdirən ana huşunu itirərək vanna otağında yerə yıxıllıb.

Uşaqlar da köməksiz halda vannada suyun içndə zəhərlənərək ölümcül vəziyətə düşüblər.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin