Avroviziya 2011-in qalibi, Eldar Qasımov, məşhur "Laçın" mahnısını, yeni versiyada dinləyicilərinə təqdim edib.
Bizim.Media ilə layihə haqqında fikirlərini bölüşən ifaçı, bunları söylədi:
"2020-ci ilin sonu, bizim üçün çox çətin, lakin qürur hissi ilə dolu idi. Azərbaycan nəhayət ki öz torpaqlarını, igid əsgərlərimizin qanı bahasına, işğaldan azad etdi. Müharibə dövründə biz onun şahidi olduq ki, milliyətindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hamı vətənimiz üçün əlindən gələni etməyə çalışırdı.
"Mən də öz növbəmdə, Qarabağa həsr olunmuş bir çox mahnılara qulaq asdım, lakin Laçın mahnısı mənim ruhuma toxundu. Mahnını, Akif İslamzadə, Rəşid Behbudov, Sevda Ələkbərzadənin ifalarında dəfələrlə qulaq asandan sonra belə qərara gəldim ki, Laçın mahnısını yeni versiyada, hiss etdiyim kimi ifa edim".
"Komandam ilə birlikdə biz yeni aranjıman üzərində işləməyə başladıq. Layihənin müsiqi prodüseri, səs rejissoru, Fərhad Musayev , violonçel - Nigar Məmmədova , gitara - Kamil Hüseynov, piano - Fərhad Musayev."
Bizim.Media