Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.
Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.
Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.
Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
12:46 ***
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında intihar hadisəsi qeydə alınıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rzaquliyev Ramiz Xəqani oğlu özünü xəstəxana binasından atıb.
İntihar səbəbi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:07 / 22.01.2022
DSX-nin hərbçisi intihar edib - YENİLƏNİB
Hazırda oxunan: DSX-nin hərbçisi intihar edib - YENİLƏNİB
Hazırda oxunan: DSX-nin hərbçisi intihar edib - YENİLƏNİB
56626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.