Ötən il Bakı şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov əməliyyat müşavirəsində məlumat verib.
Onun sözlərinə görə, 2021-ci il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulub.
Həmçinin Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:45 / 22.01.2022
Bakı Şəhər Prokurorluğunda 1 nəfər işdən azad olundu, 5 nəfərə töhmət verildi
Hazırda oxunan: Bakı Şəhər Prokurorluğunda 1 nəfər işdən azad olundu, 5 nəfərə töhmət verildi
Hazırda oxunan: Bakı Şəhər Prokurorluğunda 1 nəfər işdən azad olundu, 5 nəfərə töhmət verildi
56624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.