“AST Telman”dan İlham Mirzəyevə zərbə”¦

Hazırda oxunan: “AST Telman”dan İlham Mirzəyevə zərbə”¦

56582
“AST” şirkətlər qrupunun prezidenti, yəhudi əsilli azərbaycanlı iş adamı Telman İsmayılov həbsdə olan tanınmış teleaparıcı-falçıya qahmar çıxmayıb.

Məlumatlı mənbənin sözlərinə görə, “AST Telman” dələduzuq ittihamı ilə həbs edilən “Space” telekanalının aparıcısı, psixoloq-falçı İlham Mirzəyevin müdafiəsinin qurulmasında iştirak etməyib. Teleaparıcının arxasından çəkilən iş adamı hətta adının onunla bir yerdə hallanmasını belə istəmir.

İ.Mirzəyev “AST Telman”ın Türkiyədəki məşhur “Mardan Palace” otelində dincəlib, iş adamından hədiyyələr alıb. Psixoloq həbs edildikdən sonra ümid edib ki, “AST Telman” ona sahib çıxacaq, ona həm hüquqi, həm də mənəvi baxımdan dəstək verəcək.

Amma İ.Mirzəyevin həbsinin ertəsi günü rəsmi dövlət nəşri olan “Xalq qəzeti”ndə onun “AST Telman” və Azərbaycanın baş nazirinin sabiq I müavini Abbas Abbasovla əlaqələri barəsində dərc edilən məqalə hər şeyə son qoyub. Rusiyada yaşayan hər iki şəxs onlar üçün sıradan bir dələduzluq hadisəsinə görə tutulan adamın işində adlarının çəkilməsinə görə narahat olublar. Xüsusilə də “AST Telman” İ.Mirzəyevdən yaxasını kənara çəkib.

Xatırladaq ki, sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində İ.Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edirlər (axar.az).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin