QHT-lərə Dövlət Dəstəyi Agentliyi iclas keçirdi

Hazırda oxunan: QHT-lərə Dövlət Dəstəyi Agentliyi iclas keçirdi

56562

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, iclasda Agentliyin 2022-ci il üçün fəaliyyət planı müzakirə edilib və səsə qoyularaq təsdiq olunub.

Hesabat Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub. Azərbaycan Respublikasının Prezidentinə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın təqdim edilməsi qərara alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

QHT-lərin korrupsiyaya qarşı mübarizədəki ROLU - Son 10 ildə…


Daha sonra iclasın gündəliyinə daxil olan kənar auditorunun cəlb olunması haqqında müzakirələr aparılıb və Agentliyin nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılmasının təşkil edilməsi ilə bağlı qurumun aparatına tapşırıqlar verilib.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin