Paytaxtın baş yolkası şəhidlərimizin 40-dan sonra qurulacaq

Hazırda oxunan: Paytaxtın baş yolkası şəhidlərimizin 40-dan sonra qurulacaq

5656

“Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ilə bağlı Bakı Şəhərində Yeni il yolkasının və paytaxtın  bayram simvolları ilə bəzədilməsi haqda heç bir  qərar yoxdur.

Bizim.Media-ya bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi olmadan belə bir addım atılmayacaq.

Operativ Qərargah isə məsələ ilə bağlı qərarını hələlik elan etməyib.

Adının çəkilməsini istəməyən digər mənbənin verdiyi  məlumatlara görə isə, Bakıda Yeni il yolkasının qurulması Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə ehtiram olaraq, onların 40 mərasimindən sonra qurula bilər. Bu da təxminən dekabr ayının 22-dən sonraya təsadüf edir. 

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin