Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.
Bizim.Media-nın xəbərinə görə, bu, Milli Məclisin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanunun hazırkı bəndi isə belədir:
"Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 21.01.2022
Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik DƏYİŞDİRİLİR
Hazırda oxunan: Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik DƏYİŞDİRİLİR
Hazırda oxunan: Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik DƏYİŞDİRİLİR
56546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.