Soçidə “Şuşa” adını dəyişən KVN komandasına Tahir İmanovdan REAKSİYA

Hazırda oxunan: Soçidə “Şuşa” adını dəyişən KVN komandasına Tahir İmanovdan REAKSİYA

56539

Rusiyanın Soçi şəhərində keçirilən “KİVİN-2022” yarışmasında ikinci tura yüksələn “Şuşa” KVN komandasının adının tədbir təşkilatçılarının təzyiqi ilə “Buta” ya dəyişdirilməsi haqqında oxuculara məlumat vermişdik.

Bu məsələ tanınmış şəxslər tərəfindən heç də xoş qarşılanmayıb və narazılıqlarına səbəb olub. 

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdər artist Tahir İmanov Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Soçidə ikinci tura yüksələn "Şuşa" KVN komandası "Buta" oldu - Adı kim və niyə dəyişdi? - VİDEO


O, ilkin olaraq özünün də komanda heyətindən açıqlama gözlədiyini bildirib: 

“Təbii ki, bu məsələyə bizim açıqlamamız, münasibətimiz var. Əvvəlcə qoyun komandanın rəhbəri, onları yarışmaya göndərən qurumlar cavab versin, sonra biz də fikirlərimizi bildirəcəyik. Təbii ki, onlar indi üstüörtülü cavab verib özlərini günahsız göstərəcəklər. Amma yenə də ilk olaraq adını qeyd etdiklərim məsələ ilə bağlı açıqlama versin. Sonra bizim də sözümüz olacaq onlara”. 

Qeyd edək ki, sözügedən komandanın rəhbəri məşhur ssenarist və prodüser Müşviq Abbasovdur. Onunla bir neçə dəfə faktı dəqiqləşdirmək üçün telefon əlaqəsi yaratmağa çalışsaq da, zəngimizə cavab vermədi.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin