Eldar Həsənovun müsadirə olunan əmlaklarının SİYAHISI

Hazırda oxunan: Eldar Həsənovun müsadirə olunan əmlaklarının SİYAHISI

56514

Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Bizim.Media-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənova 10 il həbs cəzası verilib.

MÖVZU İLƏ BAĞLI:

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi

Hökmə əsasən, həmçinin təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

- Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

- Nəsimi rayonunda yerləşən mənzil;

- Nərimanov rayonunda yerləşən mağaza;

- Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

- Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

- Monteneqroda yerləşən mənzil.


Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın mülki iddia və digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsi təmin edildi.

Qeyd edək ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin