Bakının bu rayonunda 7 küçə təmir olunur - VİDEO

Hazırda oxunan: Bakının bu rayonunda 7 küçə təmir olunur - VİDEO

56513

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi əsasında Yasamal rayonunun Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələrini, həmçinin bu küçələrlə kəsişən Giləzi, Murtuza Muxtarov, Cabbar Qaryağdıoğlu, Mirzə Fətəli Axundov və Mustafa Sübhi küçələrini əsaslı şəkildə yenidən qurur.

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, yenidənqurma işlərinin aparılması nəzərdə tutulan 7 küçənin ümumi uzunluğu 1 777 metrdir.

Təmir-bərpa işlərinə Bəsti Bağırova küçəsində start verilib. Küçənin uzunluğu 450 metr, hərəkət hissəsinin eni ortalama 14.5 metr təşkil edir.

Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yararsız səki daşları sökülərək 1100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunur, yeni piyada səkiləri salınır.

Küçə üzrə müasir şəhərsalma qaydalarına uyğun olaraq mövcud piyada səkilərinin bərpası və zəruri yerlərdə yenilərinin inşası ilə piyadayönümlülüyün artırılması hədəflənir.
 

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.


“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110m), Murtuza Muxtarov (329m), Cabbar Qaryağdıoğlu (188m), Mirzə Fətəli Axundov (119) və Mustafa Sübhi (119m) küçələrində də aparılacaq.

AAYDA İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonunda 20 km-dən çox uzunluğa malik küçəni əsaslı şəkildə təmir edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin