Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı zəfərdən və bu qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, təlim toplanışı yanvarın 29-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:38 / 21.01.2022
Ehtiyatda olan hərbçilər təlimlərə cəlb olundu - VİDEO
Hazırda oxunan: Ehtiyatda olan hərbçilər təlimlərə cəlb olundu - VİDEO
Hazırda oxunan: Ehtiyatda olan hərbçilər təlimlərə cəlb olundu - VİDEO
56509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.