Zəfər Günü ilə bağlı amnistiya aktı 81 hərbçiyə tətbiq edilib

Hazırda oxunan: Zəfər Günü ilə bağlı amnistiya aktı 81 hərbçiyə tətbiq edilib

56504

Zəfər Günü ilə bağlı tətbiq edilən amnistiya aktı hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində tətbiq edilib.

Bizim.Media-nın məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda ilin yekunlarına dair kollegiya iclasında Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, 2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib.

Eyni zamanda, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində amnistiya aktı tətbiq olunub.
Xanlar Vəliyev əlavə edib ki, ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin