Ötən il Təhsil Nazirliyi tərəfindən 70-ə yaxın məktəb əsaslı təmir olunub 

Hazırda oxunan: Ötən il Təhsil Nazirliyi tərəfindən 70-ə yaxın məktəb əsaslı təmir olunub 

56483

2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 70-ə yaxın məktəb əsaslı təmir olunub və ya yenisi tikilərək istismara verilib. Heydər Əliyev fondu tərəfindən də hər il müəyyən sayda məktəblər tikilir və ya əsaslı təmir olunur. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu açıqlamanı Azərbaycan Təhsil Nazirinin müavini Muxtar Məmmədov verib. 

Onun sözlərinə görə, təhsil infrastruktunun təkminləşdirilməsi və yenilənməsi daim ölkə rəhbərliyinin diqqətindədir:

“Hər il bunun üçün dövlət büdcəsindən bu məqsədlər üçün müəyyən vəsaitlər ayrılır. Burada coğrafi balansın qorunmasına çalışılır ki, ölkənin müxtəlif yerlərində məktəblərdə şərait yaxşılaşdırılsın. Bəzi məktəblərdə əsaslı təmirlər olunub, bəzi məktəblərdə şagird sayının artmasını nəzərə alaraq əlavə korpuslar tikilir. Bu kimi kriteriyalar nəzərə alınaraq növbəti illərdə də işlər davam etdiriləcək” - deyə nazir müavini vurğulayıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin