Azərbaycanı səhralaşmaya aparan SƏBƏBLƏR – Problemin çıxış yolu nədədir?

Hazırda oxunan: Azərbaycanı səhralaşmaya aparan SƏBƏBLƏR – Problemin çıxış yolu nədədir?

56482

2040-cı ildən etibarən quraqlıqla üzləşəcək ölkələrin siyahısı tərtib edilib. Əsasən Afrika ölkələrinin  adları çəkildiyi siyahıda 33 ölkənin adı var. Həmin ölkələrin biri də Azərbaycandır və siyahıda 18-ci yeri tutur. Səhrəlaşma prosesi Azərbaycandan da yan keçməyib. 

Bizim.Media “World Resources Institute”un son proqonozlarına əsasən xəbər verir ki, yaxın bir neçə onillikdə dünyanın suya olan tələbatının artacağı gözlənilir.

Qeyd olunan tarixə isə cəmi 18 il qalıb. Bəs ölkəmiz quraqlıq probleminin həllində nələr etməlidir?

Biosfer ictimai birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli quraqlığa səbəb olacaq amillərdən danışıb. O, gələcək illər üçün davamlı su ehtiyatlarının qorunması rolunda addımları diqqətə çəkib:

“Quraqlığın birinci səbəbkarı təbiət və təbiətdə baş verən proseslərdir. Təbii ki, təbiətin etdiyi bu dəyişikliyin qarşısını heç bir yolla ala bilmərik. Əgər anomal istilər keçirsə, quraqlıq olursa, yağıntılar düzgün şəkildə paylaşılmırsa burada insan rolunun da sayı az deyil. Ətraf mühitin çirkləndirilməsi, suyun istifadəsində qənaətin olmaması, sənaye müəssisələrinin çoxalması iqlim dəyişikliyinə, həmçinin quraqlığa səbəb olur. Suyun düzgün şəkilə istismar olunmaması isə başlıca problem hesab olunur”.

Ekspert həmçinin ölkədə düzgün layihələndirilməmiş su xətlərindən də danışıb:

“Oğuz-Qəbələ-Bakı” su kəməri mən hesab edirəm ki, çox yanlış çəkilmiş layihədir. Zamanında kimlərinsə təşəbbüsü ilə bu xətti çəkmişdilər. Belə səhv layihələrdən qaçmaq üçün müstəqil ekspertlərin rəyi alınmalıdır. Eyni zamanda bilirsiniz ki, Azərbaycana su ehtiyatlarının böyük hisssi xaricdən gəlir.
 

Daxili sularımız o qədər də zəngin deyil. Buna görə də əlimizdə olanları qorumalıyıq, suvarma texnologiyalarında dəyişikliklər etməliyik. Həmçinin torpaqların şoranlaşmasının indidən qarşısını almaq lazımdır”.


Qeyd edək ki, İqlim Dəyişmələri üzrə milli səviyyədə aparılan fəaliyyətlərə Azərbaycan Respublikasının Milli Məclisinin 1995-ci ildə qoşulduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası daxildir. Bu Konvensiyaya əlavə olan  Paris Sazişi 22 aprel 2016-cı ildə  imzalanıb və həmin ilin oktyabr ayının 28-də Prezident İlham Əliyev tərəfindən ratifikasiya edilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin