Mineral su araq çıxdı

Hazırda oxunan: Mineral su araq çıxdı

56463
Şəki penitensiar müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb. ANS PRESS-in Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Xidmət əməkdaşları tərəfindən Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mustafa Həmzət oğlu Hacıyevin yanına qısamüddətli görüşə gəlmiş oğlu, Zaqatala rayon, Aşağı Tala kənd sakini vətəndaş Elvin Mustafa oğlu Hacıyevin üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun gətirdiyi sovqatın içərisindən bir ədəd “Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki - araq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, M.Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin