Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumat əsasında hadisə yerinə operativ olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər.
Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.
BizimMedia
- A-
- A
- A+
Cəmiyyət
10:03 / 21.01.2022
Bakıda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sındı - VİDEO
Hazırda oxunan: Bakıda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sındı - VİDEO
Hazırda oxunan: Bakıda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sındı - VİDEO
56423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.