Moderator.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası ilə birgə “İnsan alveri probleminə dair regionlarda maarifləndirmə və bu növ halların müəyyən edilməsi üçün monitorinq işlərinin aparılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Daxili İşlər
Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis baş-
leytenantı Pərvanə Əzizova, Rayon Polis
Şöbəsinin rəis müavini, Polis polkovnik-leytenantı Misir Imaməliyev və İnsan Alverinə Qarşı
Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai
Birliyinin sədri Mahirə Əmirhüseynova çıxış edərək ümumbəşəri problem olan
insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının
vacibliyini vurğulayıb.
Çıxışlarda insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya
qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışılmışdır.
Tədbir iştirakçılarına insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları,
bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə
məlumat verilmiş və bukletlər paylanılıb.



























































































