20 Yanvara gələn yolda Xudatda canlı BARRİKADA – “Qadınlı-uşaqlı hamınızı güllələyəcəyəm” 

Hazırda oxunan: 20 Yanvara gələn yolda Xudatda canlı BARRİKADA – “Qadınlı-uşaqlı hamınızı güllələyəcəyəm” 

56333

“1990-cı il yanvar ayının 17-dən 18-ə keçən gecə Rusiyadan gələn 978 saylı hərbi eşalonun qarşısı Xudat dəmiryol stansiyasında böyük hünər və cəsarətlə kəsilib. Rusiyanın Krasnodar və Stavropol şəhərlərindən yığılmış keçmiş hərbçilərdən ibarət olan hərbi eşalon geri qayıtmağa məcbur olub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında 1990-cı illərdə Xaçmazda milli-azadlıq hərəkatının rəhbəri və AXC-nin Xaçmaz rayon şöbəsinin sədri olmuş Müqəddəs Mehdiyev deyib. Onun sözlərinə görə, 1990-cı il yanvar ayının 15-dən başlayaraq vəziyyət gərginləşib.

Onlar həmin vaxtdan Şimali Qafqazdakı  mənbələrimizdən rusların Bakıya hücum edəcəyi barədə məlumatlı olublar:
 

MÖVZU İLƏ BAĞLI:

20 Yanvar günü 101 yaşı tamam olan SİYƏZƏNLİ: - “Bu vaxta qədər haram tikə yeməmişəm” - VİDEO


“32 il öncə-yanvarın 16-da öyrəndik ki, 978 saylı hərbi eşalon Dağıstandan Azərbaycana istiqamət alıb və ayın 17-də Yalama stansiyasına çatacaq. Biz həmin gün Xaçmaz dəmiryol stansiyasını tutduq. Xudatda dəmiryolu stansiyası rəisinin köməyi və ordakı milli-azadlıq hərəkatı fəallarının böyük dəstəyilə qatar ana xəttdən çıxarılaraq dalan yola salındı”.

Müqəddəs Mehdiyev həmçinin qatarın mühasirəyə alınmasından sonra baş verən hadisələri də diqqətə çatdırıb. O, rusların cəhdlərinin necə boşa çıxdığını belə xatırlayır:

“Komandir çox qəddar və sərt adam idi. O, bizdən yolu açmağı tələb edərək, əks təqdirdə uşaq və qadınlara rəhm etməyəcəyini deyirdi. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Xaçmazda SSRİ-nin deputatı olan Viktor Polyaniçko da rayon rəhbərliyi ilə danışıqlar aparır və qatarın Bakıya yola salınmasına çalışırdı.

Onlar bizim ciddi müqavimətimizi və silahlandığımızı görüb, məcbur olaraq eşalonun geri qayıtmasına əmr verdilər. Yanvarın 18-də qatar Xudat stansiyasından geriyə-Dağıstana dönməli oldu”.

Müqəddəs Mehdiyev xatırlayır ki, həmin günlər böyük mücadilə ruhu, həmrəylik vardı:

“Ataların gözəl bir məsəli var: “El bir olsa, dağ oynadar yerindən”.

Həmin gün təkcə Qubadan 50 avtomobil Xaçmaza- bizə dəstəyə gəlmişdi. Qusar, Dərbənd azərbaycanlıları da bizə dəstək nümayiş etdirirdilər. Bir sözlə, hamıda rus ordusunun ölkəyə gəlişinə kəskin etiraz vardı”.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin