Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir. Ölkəmizin hər yerində şəhidlərimizin xatirəsi ehtiramla yad edilir, ruhlarına dualar oxunur.
Bizim.Media xəbər verir ki, Bakı metrosunun sərnişinləri də 20 Yanvar şəhidlərini yad ediblər.
Bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb.
MÖVZU İLƏ BAĞLI:
20 Yanvar metrostansiyası işinə belə başladı - FOTO+VİDEO
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Bizim.Media