Mədət Quliyevin işdən çıxardığı şəxsə yeni vəzifə verildi

Hazırda oxunan: Mədət Quliyevin işdən çıxardığı şəxsə yeni vəzifə verildi

56150

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub.

Bizim.Media-ya Federasiyadan verilən məlumata görə, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib.

İdarə Heyəti üzvləri yekdilliklə F.Əliyevin federasiyaya baş katib seçilməsinə səs veriblər.

Qeyd edək ki, Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb.

O, Mədət Quliyevin həmin federasiyaya prezident seçilməsindən sonra oradan ayrılıb.

Xatırladaq ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dekabrın 22-də Milli Avarçəkmə Federasiyasının prezidenti seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin