“Azərişıq” ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma” üzrə İşçi Qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir.
Bu məqsədlə İşçi Qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiysı”nın təqdimat mərasimində “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.
O bildirib ki, həmin qərarın icrası ilə əlaqədar olaraq “Azərişıq” ASC beynəlxalq reytinqə sahib olan “Deloitte” şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib edib.
ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:22 / 19.01.2022
“Azərişıq” ASC-nin Kommunikasiya Strategiyası hazırlandı – 2025-ci ilədək
Hazırda oxunan: “Azərişıq” ASC-nin Kommunikasiya Strategiyası hazırlandı – 2025-ci ilədək
Hazırda oxunan: “Azərişıq” ASC-nin Kommunikasiya Strategiyası hazırlandı – 2025-ci ilədək
56149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.