Qubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTO/VİDEO

Hazırda oxunan: Qubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTO/VİDEO

56095

Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah bina­sı istifadəyə verilib.

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə edib.

General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublika­sının Prezidenti Silahlı Qüv­və­lərin Müzəffər Ali Baş Komandanı cənab İlham Əli­yevin tapşırığına uyğun olaraqazad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbir­lərin həyata keçiril­diyini qeyd edib, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayon­larının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başla­masını bildiriblər.

Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilib.

Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq iş­ləri aparılmış, asfalt örtüyü salınmış, ağaclar əkilib.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstə­rmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının Azərbay­can Res­pub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayon­larının azad olunmasında fərqləndiklərinə görə təltif edil­miş medalları təqdim olunub.

Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilmiş, onlarla xati­rə fotoşəkilləri çəkilmiş və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” mu­si­qisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salın­­ıblar.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin