Bu qanunun qüvvəyə minmə müddəti uzadıldı

Hazırda oxunan: Bu qanunun qüvvəyə minmə müddəti uzadıldı

5608

“Mediasiya haqqında” qanunun qüvvəyə minməsi müddəti uzadılıb.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanunun qüvvəyə minmə vaxtı 2021-ci il yanvarın 1-dən 2021-ci il iyulun 1-ə qədər uzadılır. Bildirilib ki, qanunun qüvvəyə minmə vaxtının uzadılması xüsusi karantin rejimi ilə bağlıdır.

Mövcud epidemioloji vəziyyət səbəbindən mediasiya sisteminin tam qurulması mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin