İnsanları boşanmağa çağıran vəkil paylaşımından danışdı - VİDEO

Hazırda oxunan: İnsanları boşanmağa çağıran vəkil paylaşımından danışdı - VİDEO

56048

"Boşanma gününüzün 02.02.2022 və ya 22.02.2022-ci il tarixdə olması üçün sifariş qəbul olunur. Yerlər məhdud deyil, hər kəsi boşayacaq qədər yerimiz var".

Bizim.Media xəbər verir ki, vəkil Babək Həmidov öz sosial şəbəkə hesablarında belə bir status yazıb.

Statusun müəllifi paylaşımı barədə "Xəzər Xəbər"ə danışıb. O qeyd edib ki, statusu zarafat məqsədilə yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda vəkil insanları boşanmağa ÇAĞIRDI - FOTOFAKT 


Vəkilin sözlərinə görə, hüquqi olaraq belə bir elanın verilməsi qeyri-mümkündür: 

"Bunu bilmək kifayətdir ki, statusun bir zarafat olduğunu anlayasan".

Qeyd edək ki, Babək Həmidov Vəkillər Kollegiyasının üzvüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin