“Hər bir koronavirus xəstəsinin müalicəsi dövlətə 100-150 manata başa gəlir. Özəl kilinikalarda xəstələrin müalicəsi üçün bu vəsaitin bir hissəsi sığorta vasitəsi ilə ödənilə bilər, bir hissəsini imkanı olan şəxs özü ödəyə bilər. Yəni, imkanlı şəxslər özəl klinikalarda müalicə alsa digər xəstəxanalarda yerlər boşala və imkanı olmayan şəxslərin müalicəsi üçün istifadə oluna bilər”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Komitə sədri bildirib ki, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb edilməlidir.
Millət vəkili həmçinin ölkəyə ekspress testlərinin gətirilməsini təklif edib. O deyib ki, dünyada 300-ə qədər test növü var:
“Test sahəsində monopoliyaya son qoyulmalıdır. Sahibkarlara imkan vermək lazımdır ki, ölkəyə ekspress testlər gətirsinlər və insanlar bu testləri alıb evdə yoxlaya bilsinlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 18.12.2020
''Koronovirus testlərinin monopoliyasına son qoyulmalıdır'' - Deputat
Hazırda oxunan: ''Koronovirus testlərinin monopoliyasına son qoyulmalıdır'' - Deputat
Hazırda oxunan: ''Koronovirus testlərinin monopoliyasına son qoyulmalıdır'' - Deputat
5595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.