Məhkəmə Xaçatur Sukiasyandan Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kazinoda 100 milyon dollardan çox uduzduğunu sübut etməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yer alıb.
Mənbə qeyd edir ki, qərarı hakim Sergey Saakyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın biznesmen və deputat Xaçatur Sukiasyana qarşı qaldırdığı cinayət işinə görə qəbul edib.
Avqustun 25-də parlamentdə çıxış edən “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Xaçatur Sukiasyan keçmiş hökumət dövründə korrupsiyadan danışaraq Baden-Badenin qumar evlərində 100 milyon dolları havaya sovuran eks-prezident Serj Sarkisyanın adını çəkib.
Yanvarın 17-də keçirilən iclasda iş üzrə sübut prosesinə baxılıb. Tərəflər öz mövqelərini təqdim ediblər.
Nəticədə məhkəmə iddiaçıya (üçüncü prezidentə) təqdim edilən faktların onun şərəf və ləyaqətini ləkələdiyini sübut etməyi tapşırıb. Bundan əlavə həm də sübut edilməlidir ki, iddiaçı haqqında məlumat açıq formada təqdim edilib və məcazi mənada istifadə olunmayıb.
Cavabdeh tərəf (Sukiasyan) öz növbəsində şəxsi məlumatların açıqlanması məsələsində təqdim olunan informasiyaların reallığa uyğunluğunu və ictimai maraqların şəxsi maraqlardan üstünlüyünü sübut etməlidir.
İclas martın 18-də davam etdiriləcək.
Xatırladaq ki, Sarkisyan Sukiasyan və parlament aparatını məhkəməyə verərək təkzib və mənəvi təzminat tələb etmişdi. İki ay əvvəl, növbədənkənar parlament seçkiləri öncəsi Sarkisyan Baden-Badenə getdiyini inkar etmirdi.
Onun sözlərinə görə, bu, sırf istirahət və mədəni məqsədlər üçün olub və “kazinoların olduğu küçələrdən yan keçib”.
Qərar müsbət olarsa, Sukiasyan 7 iş günü ərzində və ya parlamentin növbəti iclasında Serj Sarkisyanla bağlı dediklərini təkzib etməli olacaq.
Bundan əlavə, təkzib ən azı 1000 nüsxə tirajla kütləvi informasiya vasitələrində və parlamentin əməkdaşları tərəfindən rəsmi internet saytında dərc edilməlidir. Biznesmen, həmçinin böhtana görə təzminat kimi 1 milyon dram (təxminən 2000 dollar) ödəməli olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:46 / 17.01.2022
Eks-prezident Serj Sarkisyan kazinoda 100 milyon dollar uduzub? – MƏHKƏMƏ İŞİ
Hazırda oxunan: Eks-prezident Serj Sarkisyan kazinoda 100 milyon dollar uduzub? – MƏHKƏMƏ İŞİ
Hazırda oxunan: Eks-prezident Serj Sarkisyan kazinoda 100 milyon dollar uduzub? – MƏHKƏMƏ İŞİ
55799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.