“Qızımı küçəyə atası deyiləm ki? Allah şeytana lənət eləsin, bir işdi oldu. İkinci dəfə səhv etsə, ömrüm boyu bağışlamayacağam”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Şəmkirdən qaçan 24 yaşlı Gülbəsti Qurbanovanın atası Arzuman Qurbanov deyib.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdən qaçan gəlinin dayısı DANIŞDI – Qadını Şirvana aparan şəxs KİMDİR? – ÖZƏL TƏFƏRRÜAT
Ata qızının yanında olduğunu və son nəfəsinə qədər ona dayaq duracağını bildirib:
“Ata borcumu yerinə yetirəcəyəm. Övladdır, ətini yesək də sümüyünü çölə atası deyilik. Küçəyə atım, ondan da pis nəticələr baş versin? Bilirəm ki, qızı verdiyimiz ailə ilə də bundan sonra heç nə alınmayacaq. Sakit və yaxşı ailə idilər. Onlardan heç vaxt pislik görmədik. Qızımı aparan şəxs ona hədə-qorxu gəlib. Valideynləri, ailəsi ilə təhdid edib. O da aldanıb”.
Arzuman Qurbanovun sözlərinə görə qızının onu Şirvana qaçıran Valehlə əlaqəsi yoxdur:
“Qızım mən və qardaşı tərəfindən nəzarət altındadır. Bu hadisədən sonra səhhətimdə problem yaşandı. Yatağa düşdüm. Hələ də özümə gəlməmişəm. Ayağa qalxım, Valehi məhkəməyə verəcəyəm. Qızılları satdığına görə də cavab verəcək”.
Ata Valehin əvvəllər evli olub, boşandığını, hazırda isə Hacıqabulda yaşadığını da əlavə edib.
Xatırladaq ki, 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova sonuncu dəfə dekabrın 31-i ər evindən çıxıb və geri qayıtmayıb. Qayınanası Ceyran xanımın sözlərinə görə, gəlini evdən gedən zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını, eləcə də evdə qayınına məxsus pulu aparıb.
10 gün sonra qaçan gələn rayon polis əməkdaşları tərəfindən Şirvanda tapılaraq ailəsinə qaytarılıb.
Gəlin dindirilən zaman məlum olub ki, o, 5 il əvvəl tanış olduğu əslən Hacıqabuldan olan Valeh adlı şəxslə qaçıb. Şirvanda isə ev kirayələyib birgə yaşayıblar.
Alçina Amilqızı, Bizim.Media