Bakıda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən cinsi azlıq nümayəndəsi Kənan Tağıyevə hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media-nın məlumatına görə, bununla bağlı hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçiirlən prosesdə elan edilib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu 2021-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.
K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:11 / 17.01.2022
Gözəllik salonunda işçiləri təhqir edən cinsi azlıq 5 il 6 ay həbs cəzası aldı
Hazırda oxunan: Gözəllik salonunda işçiləri təhqir edən cinsi azlıq 5 il 6 ay həbs cəzası aldı
Hazırda oxunan: Gözəllik salonunda işçiləri təhqir edən cinsi azlıq 5 il 6 ay həbs cəzası aldı
55763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.