Gəncədə 1843-cü ildə inşa edilən körpüyə “Şuşa” adı verildi - FOTO

Hazırda oxunan: Gəncədə 1843-cü ildə inşa edilən körpüyə “Şuşa” adı verildi - FOTO

55731

Gəncəçay çayı üzərindəki körpülərdən birinə “Şuşa” adı verilib. “Şuşa körpüsü” şəhərin Mirzə Abbas Abbaszadə küçəsində yerləşir.

Bizim.Media xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bir sıra tarixi mənbələrə əsasən, körpü 1843-cü ildə inşa edilib. Layihəsi çar ordusunun hərbi mühəndisi, “poruçik” A.Q.Çartenskiyə məxsusdur.

Həmçinin Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpü hesab olunur. Bəzi iddialar görə, tikili Şah Abbas tərəfindən salınan qədim körpünün yerində inşa edilib.

Körpü uzun illər şəhərin müsəlman və xristian əhalisi arasında da keçid rolunu oynayıb. Belə ki, 1804-cü ildə Gəncə Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra şəhərə köçürülən ermənilər çayın sağ sahilində - indi əhali arasında “ikinci hissə” kimi tanınan ərazidə məskunlaşıblar.

1920-ci ildə Azərbaycan bolşeviklərin istilasına məruz qaldıqda, Gəncənin yerli müsəlman əhalisi yadelli işğalına qarşı mübarizəyə qalxır. Fürsətdən istifadə edən ermənilər körpünün yuxarısından şəhərə girməyə cəhd ediblər. Körpünün üzərində qanlı döyüşlər gedib.
Sözügedən tarixi hadisələr Qurban Səidin “Əli və Nino” əsərində də öz əksini tapıb. Əsərin baş qəhrəmanı Əlixan Şirvanşirin düşmənlə son döyüşü məhz burada olub (azərtac).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin