Jurnalist ölkə başçısına müraciət etdi

Hazırda oxunan: Jurnalist ölkə başçısına müraciət etdi

55719

İmişli rayonunda yaşayan və fəaliyyət göstərən müstəqil jurnalist Məhbub Zülfüqarlı ölkə başçısı  İlham Əliyevə, Respublika baş prokuroru Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova, Ədliyyə nazirliyinin Məhkəmə Hüquq  Şurasına, İmşili RİH-nin başçısı Vilyam Hacıyevə, Milli Məclisin üzvü, deputat Ə.Qasımova müraciət edib. Moderator.az həmin müraciəti olduğu kimi təqdim edir:

Möhtərəm prezident, hörmətli cənablar!

Prezidentin səlahiyyətləri içərisində cinayətkar axtarmaq yoxdur. Bu hüquq-mühafizə orqanlarının işidir. Prezident dövlətin simvoludur. Dünyada dövlətin çoxsaylı tərifindən Aristotelin tərifini ən üsütünü kimi bildirməklə, haqq-hüququma hörmət, ali təhsilimə, ziyalılığıma bu qədər həqarəti, alçalmağımı, dövlətim adına ayıb saydığım üçün, dövlətimin simvolu kimi sizdən kömək istəyir, xahiş edirəm.

Aristotel deyirdi: «Dövlət ləyaqətli, kamil və mənalı həyat sürmək məqsədi ilə vətəndaşların münasibətindən doğur. Dövlət vətəndaşların toplusu olduğu üçün vətəndaşın nə olduğu aydınlaşdırılmalıdır!»

Sizə, Nazir və Komitə sədrlərinə yazdığım şikayətlərə və KİV-lərdəki çıxışlarıma görə təqib olunduğumu qeyd edirdim. 06 iyul 2014-cü il isə ağzı oruclu şəxs kimi çıxışımda, təqib etdirənlərin və reketlərinin adlarını belə dəqiq çəkmişdim.

10 iyul 2014-cü il hər yerdən sifarişlə ünvanıma təhqir, təhdid yağdıran, imişlilərin, əxlaqdan kənar hərəkətlərinə görə qınanan, sifariş yerinə yetirən Əlimuxtar Həsənov adlı birisi, Mərkəzi Poçtun qarşısında yerləşən qəzet köşkünə gəlir və məni soruşur: «Məhbubu görsəniz deyin ki, onu tapsam maşınımın baqajına qoyub «Araz»ın (çay nəzərdə tutulur) qırağına aparacam (təhqiramiz ifadələr işlədib), sındıracağam ki, bir də yazmasın». Orada olan, mənim orta məktəb müəllimim Məmməd Məmmədov onu qınayır: «Ayıbdır, dövlətin yiyəsi yoxdur ki, sən belə danışırsan? Axı, Məhbub ziyalı və xalqın sevən insandır, danışığına sərhəd qoy» - deyir.

Qəzet köşkünün satıcısı Ümid Nail oğlu, Milli Qəhrəmanımız Mübariz İbrahimovun əsgəridir, o, da ona deyib ki: «Məhbub əmi ədalətli insandır, onu söyməyin, yaşına və insanlığına yaraşmır» - deyib.

19 iyul 2014-cü il, həmin şəxs Mərkəzi Poçtun qarşısında saat 1000 ərəfəsi mənə hücum etdi, küçə söyüşlərini bağıra-bağıra yağdırmağa başladı. Ona bircə kəlmə dedim: «Ağzım orucdur, sənə baş qoşmayacağam».

Məni itələdi. Daha yüksək səslə, çox pis tərbiyəsiz ifadələrinə, poçta işıq, qaz, su pulu verənlər töküldü, deyə o, məni vurmadı. Ümid Nail oğlu məni qucaqlayıb, ondan araladı. O, isə bağıra-bağıra söyərək: «Ağzını, orucunu, Ramazanını» - təhqirli, əxlaqına uyğun ifadələrlə söyərək, ordan aralandı. Ona bir neçə kəlmə dedim: «Səndən mütəlq polisə şikayət verəcəyəm, o, söyüşlərin də, öz ailənə, öz ünvanına olsun» - dedim.

Bilirdim ki, 3 aydır Əmlak Kotmitəsinin Şirvan Regional İdarəsinin rəisi, “müsəlman hacısı” Məhəmməd Qanbayev onun himayə etdiyi, kupça verdiyi Səbael Rayon Məhkəmsinin hakimi Azad İmanov, İmişlidə çoxsayşlı mağaza və mülklər  sahibi qardaşı Fuad İmanov bu «tərbiyəli», yazıb-poza bilməyən, türmeşik, sifariş yerinə yetirən reketi notariusla özlərinə qanuni nümayəndə seçiblər. Onlardan şikayət edən Şəhər Bələdiyyəsinin üzvü Heydər Əliyev parkının administratoru  Ağasəlim  Hadıyevidə ağlasığmaz təhqir etdirirlər, etiraf edirlər ki: Ağasəlimi şikayət etməkdən çəkindirmək üçün məhkəməyə də vermişik geri çəkilmir,  yolumuz budur” - deyirlər.

Bu barədə  KİV-lərdə  yazım da dərc olunub. Yazı dərc olunandan sonra 16 iyun 2014-cü il bu reket İmişli RİN-nin yaxınlığında duran su idarə rəisləri Mirqoca Mirişov, Allahvedi müəllim, Təhsil şöbə müdüri R. Əmirov, yazıçı jurnalist Məryəm Şahverdiyevanın və bəndənizi durduğu yerə yüyürə-yüyürə gəlib və bağırmağa və söyməyə başladı: “Ağasəlimin anası, bacısı, ailəsi və körpəsi ünvanına söyəndə”, təhsil müdüri R. Əmirov onun qolundan yapışdı. A bala, Ağasəlimin ailə uşağı, körpəsinin nə günahı var, Ağasəlim park müdiridir, oradadı get sözünü, üzünə de: Bu reket isə daha bərkdən üzünü mənə çevirərək: Sayt rəhbərləri, qəzet sahibləri jurnalistlərin də... ağır söyüşlər söyəndə, Məryəm Şahverdiyeva, təəccüblə, gözləri bərəlmiş halda. Bu kimi söyür”- dedi.

Mən “Gündəm Xəbər” qəzetində bu barədə yazı dərc etdirdim, 06 iyul 2014- cü il ağzı oruclu şəxs  kimi sizə və nazir komitə sədrlərinə müraciəti məktubla göndərdim.

Əgər o vaxt bu reket və  sifarişçiləri  cəzalandırılsa idi bu reket, dövlətin və vətəndaşın, ziyalı və jurnalistin hüququnu tanıyar, özünə hörmət qoyar, bu qədər əxlaqsızlığa yol verə bilməz, ictimai asayişi bu qədər aşağı salmaz, ictimayyət qarşısında bu qədər tərbiyyəsiz, əxlaqdan kənar  hərəkətlərə yol verməzdi.

...Mən həmin gün 19 iyul 2014-cü il saat 10-da İmişli PRS-yə getdim. Dedilər rəis, İmişlidə yoxdur, yalnız müavin İntizar Mirzəyev buradadır ona, mobil telefonuna zəng edib şikayət etdiyimi, yazılı ərizəmi növbətçiyə verdiyimi bildirdim. Turan” İA-ya bu barədə məlumat verdim.  Saat 14-də “Turan” məlumatı yaydı, DİN mətbuat  xidməti məlumat verdi ki,  “şikayət daxil olmayıb?”

Əlacsız qalıb 102 xidmətinə zəng etdim. Onlara təşəkkür edirəm ki,  şikayətimi qəbul etdilər.

3 gün sonra İmişli PRŞ-nin polis sahə rəisi Əliş Xəlilov mobil telefonuma zəng etdi:Məhbub bəy, İmişli PİH-nə dəyib sizi saat 17-də Heydər Əliyev Mərkəzinin arxasında yerləşən polis məntəqəsində gözləyirəm, şikayətiniz mənə verilib, 4 gün idi İmişlidə deyildim”- dedi.

Əvvala, mənə məlumdur ki, mənim şikayətimi bir çox polis sahə rəislərinə vermək istəyiblər. Onlar bildirib ki, Məhbub ziyalıdr, jurnalistdir, ailəlikcə  hörmətli insanlardır,  bu şikayət təhqiratçılıqdır, deyiblər.

Yalnız bu, Əliş Xəlilov razılaşıb ki, müddətdən artıq xidmət edir. Fikirləşib ki, reket Əlmuxtarı  müdafiə edənlərin nüfuzu pulu, arxaları var.

22 iyul 2014-cü il saat 17-də Əliş Xəlilovun həmişə bağlı olan idarəsinə gəldim. İlk sualı mən verdim: Mənim şikayətimin İmişli PİH-nə nə aidiyyatı?”  O, cavab vermədi. Dedi ki: 102 xidmətinə şikayət etmisiniz, mənə veriblər”. Belə çıxırdı ki, bu reket onsuz da hər gün məni təhdid edir, eləcə də Ağasəlim Hadıyevi, mənim ünvanımıza söyüşlər yağdırır, bizi təxribata çəkir, şikayətimizə isə beləcə “baxılır”, yəni şərait yaradırlar ki, bu reketə bildiyini elə, sənin arxanda biz varıq.

Əliş Xəlilov ağ kağız çıxartdı və mənə təqdim edəndə ilk sözü bu oldu: Bəlkə onun səviyyəsinə enməyib şikayətinizi geri götürəsiniz?” Ona dedim ki: “Əvvala 4 gündür şikayətim indi yadınıza düşübsə, bu ona görə imiş ki, mən şikayəti geri götürüm? Axı mən orucam o, müsəlmançılığı, müqəddəs ayı da söyüb, niyə geri götürməliyəm?”

Əliş Xəlilov dedi ki, doğurdan da  o, küçə uşağıdır və məndən 06 iyul 2014-cü il tarixli şikayətin sürətini alıb, bir neçə “yağlı” adamların, adlarını çəkdiklərimin adlarının altından xətt çəkdi, bildirdi ki: “İşə əlavə edəcəyəm, işi məhkəməyə göndərəcəyəm, ondan sonra qələmlər, kağızlar, yuxarılar, nə qədər yazırsan yaz”. Bu o, demək idi  ki, əgər geri götürməsən səni yollarda şikayətlərdə qoyacağıq.

Əliş Xəlilov məni nləndirmək istədisə də, alınmadı, şikayəti qısa yazmağımı tələb etdi. Onun otağından çıxanda İmişli məscidinin nüfuzlu din xadimi axund Hacı Adıgözəli binanın kənarında gördüm. Hörmətli Hacı Adıgözəl Əliş Xəlilovun binası ilə bitişik yerdə  dini kitablar mağazası tikdirirdi. Bu, reket Əlimuxtara yazıb vermişdilər ki, axund ağacları kəsdirib ondan şikayəti yuxarılara et. Adam yazı- pozu bilmir bu işi sifarişlə görür. Axunda yaxınlaşab oruc namazın qəbul olsun dedim, başıma gələnləri ona danışdım. Bildirdim ki, orucluq ayında  müsəlmanlığı da bu adam bağıra-bağıra söydü. Axund dedi ki: “Cəzasını Allah vesin!”, Dövlət verər”, demədi. Əliş Xəlilov yaxınlaşıb axundla görüşdü. Qeyd edim ki, Ağasəlim Hadıyev, reket Əlimuxtarın ən çox təhqir etdiyi, söydüyü şəxs axundla bacanaqdır. Ağasəlim  məşhur  dəmirçi olub, bu Əlimuxtarın sümüklərindən “kotilet” düzəldər, amma bilir onu təxribata çəkdirərlər deyə cavab vermir, vaxtı gələndə verəcəyini deyir.

Eləcə də bu reket  mart 2014-cü il, mənim gözüm qarşısında İmişli  RİH-nin şəhər nümayəndəsi rayon əhlinin hörmət qoyduğu  Məmi Atakişiyevi  də söyüb təhqir etmişdi, o hadisədən sonra mən  hər kəsi bu reketdən uzaq durmağa rica edirdim. Utanmadan məndən tələb edirdi ki, “Mənə şahid” ol, yaz ki, Məmi  Atakişiyev Əlimuxtarı söydü və vurdu.

Bu adamın əməlləri iddiaları, hər kəsin, qarşısını kəsib pul istəməsi, verməyini bağıra-bağıra təhqir etməsinin şahidiyəm. Əslən Fizuli  rayonundan olan jurnalist məhrum polis rəisi Rəhmanın  qızı  Kəmalə Həsənovanı da, 25-may 2011-ci il ağlasığmaz özünəməxsus söyüşlərlə təhqir etməsinə görə xanım jurnalist, ondan bütün instansiyalara şikayət eləsə də, hansısa “güclü əllər” onu qorudu.

Avqust 2010 cu il keçmiş başçı Ə Ağayev də təhqirə görə bu reketi 15 günlük həbs etdirmişdi. Dəfələrlə narkotik üstündə həbsxanada yatmış bu reketi kim himayə edib rayon boyu başına buraxıb, bu yolla 3 avtomobil alan bu reket şah kimi yaşayır, hamıdan da xərac yağır. Mart 2014 cü il 2 azyaşlı uşaq anası Xalidə adlı bir  gənc gəlini də RİH-ə gələrkən  çox tərbiyəsiz sürətdə  təhqirinə xanım on qat cavabını vermiş İmişli RPS-yə şikayət etmişdi. Həmin şikayət indi də açıqdır.

Allahyar adlı çox hörmətli polis mayorunun  icratında olub,  kimsə Allahyar müəllimə işi  dyandırıb.

Bu adam xəstə, jizofronikdirsə polis onu cəmiyyətdən, ictimayətdən təcrid etməyibsə bir ayıb yox, ortaya özləri buraxıbsa dövlətin adına ayıbdır.

Bəndənizi 30 iyul 2014- cü il saat 10 ərəfəsi polis sahə rəisi Əliş Xəlilov tələm-tələsik İmişli məhkəməsinə dəvət etdi: “Hakim Ülvü Qənbərov hələ gəlməyib, işlə tanış olmayıb, tez gəl, bu işi qurtaraq, - dedi.

Ülvü Qənbərov gələn kimi Əliş Xəlilov qoltuğundakı qovluğu ona təhfil verdi, 10-dəqiqədən sonra məhkəmə başladı. Hakim Ə. Həsənovu, eləcə də bəndənizi 296-cı  maddə ilə ittiham edəndə, ona bildirdim ki,  mən zərərçəkənəm, şikayəti mən etmişəm polis Ə Xəlilov şikayətimi geri götürməyimi tələb etsə də ona bildirmişəm ki, fikirimdə qətiyəm. Hakim sözü reket Ə. Həsənova verdi. Bu adam utanıb çəkinmədən bağıra-bağıra ünvanıma təhdidlər danışır, nalayiq sözlər deyir, mənim vətəndaşlıq haqqımı ayaqları altında çığnayır, hakimin  isə  səsizliyi  ona cürət veriridi. Hakimə  etirazımı bildirdim, yalandan da olsa katibinə qeyd etdirdi. Amma hökmdə heç bir qeyd yox idi. Hətta Ə. Həsənov dedi ki, Məhbubun atasına anasının elçiliyini mənim atam Əlibaba edib.

Ürəyim bulanır, hakimə iradımı bildirdim ki, belə dövlətin belə polis hakimi olduğu ölkədə yaşamaqdan utanıram.

Hakim hər ikimizə bir aylıq həbsdə vermək olardı dedi. Amma yaşınıza görə 50 manat cərimə olunursunuz, amma hökmdə “zərərçəkən” Ə. Həsənov olmuşdur. 50-manat cərimə isə yalnız mənə şamil olundu. Hakimə  bildirdim ki, mən bir ay oruc tutub, xalqıma, dövlətimə dua etdim. Orucluğun səhərisi günü məni cəzalandırmağınız dualarıma görədirsə, şükür ki, öldürtməyibsiz. Heç bir Peyğəmbər öz ümbətinə qarğış etməyib. Yalnız Məhəmməd Pyğəmbər (s.ə. s) İmam Hüseyn (ə) Kərbəlada başı kəsilərkən qarğış edib. Həmin torpaqdan hələ də qan-qada əskilmir.

Sizlər günah etdiniz, ağzı oruclu ziyalı kimi məni günahkar etmənizi, yalnız balalarınıza qismət olsun deyə bilərəm. Bu iki dövlət məmurunu mənə kinayəsi və 36- gündən sonra 05 sentyabr 2014-cü il icra qulluğcusu E. Cəfərov məktub göndərdi ki, 50-manat cəriməni 10 gün müddətində ödəməlisiniz. Bir başa məhkəməyə getdim, qərara alandan sonra dəhşətə gəldim. Allahım bu nə ədalətsizlik, bu nə anarxiya, məmur özbaşınalığı, hakim, Ə. Həsənovu məmurların sifariş yerinə yetirənini  İmişlidə hamının mənfi xarakterli adam kimi tanıdığı şəxsi “zərərçəkən” kimi tanımışdı. Hər ikimizə 50-manat cərimə təklif etsə də yalnız məni cərmələmişdi. Ə. Həsənov isə idarə-idarə düşüb pul toplayıb ki, cərimə olunub. Cinayətkarın, türemşikin, “mələk” elan edildiyi, ziyalının aşağılandığı dövlətin vətəndaşı olmağıma dəhşətə gəldim ki, mühacir deyiləm. Dövlətimin, iç siyasəti budursa axı niyə burada yaşayıb ədalətdən danışaq. Məgər yalan yazmışdım ki, H. Əliyev parkında otel  tikmək olmaz?  İmişli rayon Mərkəzi Xəstəxanası qarşısındakı parkı özəlləşdirib 14- hektar ərazinin sotunu 3- min manatdan  satırlar. Mafiya birləşdi, daha şikayət etməyim yersiz. Mafiyanın vətəni xalqı  olmur, mafiya qanunları olur. Belə çıxır ki, mafiyanın girovuyam. İraqda, Suriyada, İŞİD- çilərə loyal yanaşan polis, hakim, məmurları terrorçular son nəfərinə qədər güllələdilər. Ə. Həsənovu “zərərçəkən” elan edən polis, hakim qanuna dövlətə mənə terror etdi.

Bu əməlin adı hüquqi nihlizimdir, axı mənim ağzım oruc idi. Bəs müsəlmançılıq qanunu hanı? Hər iki məmurun mənə həqarət və kinayə məntiqi belə idi:

- Təqib etdirənin, edənin erməni deyilsə, ölkəndə birokratik aparat səni müdafiə etmirsə, təqib edənini “mələkə”, səni cinayətkara çevirirsə, sənin müsəlman türkü pulsuz-parasız ziyalı kimi həyatın ucuz, unudulmaq istənilən bir keçmişin vicdan sancısısan, utanılası bu günlərdən, utanmamaları üçün unudulası dünən xatırlanan baş ağrısısan ziyalı.

Ya xilas olman  naminə ölkəni tərk etməli, ya intihar etməli, ya həbsxanalara atılmalı, bütün bunları etdirə bilməyənlər, təqibçilər, səni məzarstana təhfil verməlidirlər, bu ölkədə dəyəri ucuz ziyalı.

Haqqını qətiyyən istəməməli, qəzet və mətbuatda səsin gəlməməli, gələrsə, Ülvü, əlişlərin vasitəçiliyi ilə xülüqanlıqda, zorlama, narkotika, etmədiyi ağlına gətirmədiyi xülüqanlıqda qətldə suçlanmalısan.

Guya şikayət etsən, danışsan, Əliş, ülvülər nə dəyər verəsidilər ki, dəyəri nə olacaq ki, arxanca gələnin olmayacaq, imanını itirmiş, İŞİD-dən kinli məmur və sahibkarlar işverəni, reketi qədər sənin və sənin kmilərin dəyəri yox, həyatın ucuz, çünki güvənli sandığın, böyük hesab etdiyin “göl” əslində nohur, çalada boğulacaq, batacaq, məhv olacaqsan.

Uzunqulağı ziyalı, alim, filosofdan ayırd edə bilməyənlər səni həbs, məhv edəndə qurd, quzuya rişxənd etdiyi kimi bəhanə tapılacaq, min bir səbəb tapılacaq. Öldürüləndən sonra öldürənin tapılmayacaq, ziyalı. Bütün müsəlman dünyası ABŞ ”“ rusun çəkməsi, silahı ilə qan gölünə çevrilibsə təqib etdirənin erməni deyilsə öz birokratındırsa dəyərin ucuzdur, ziyalı.

Öz axirətlərini, dünya dəyərlərinə, pula- paraya, imkanlı adamcığazlara  satan, mənim-sənin dünyana  nə dər verəsidir ki? Onların parasına uyan, dövlətinə, vəzifəsinə, xalqına xəyanət edən məmur sənə, mütləq xəyanət edən məmur sənə, mənə mütləq xəyanət etməli, şantaj, böhtan atmalı, kağız üzərində məhkəmə qurmalı, məzhəkə təşkil etməli səni dəyərsiz, həyatını ucuz, özünü “günahsız Abdullaya” çevirməli, çevirməyi isə para naminə bilənləri yanında sənin həyatın ucuz, ziyalı.

Ölkəndə, məmləkətində, pullu oliqarxa çevrilənlərin qladiator, işverən, reketləri ilə vuruşdan çəkil, əclaf  bildiklərinin öz üzərlərinə get, gedə bilmədinsə vay  məmləkətin həyatı ucuzların ziyalısının, ziyalsızığına.

Vicdanlara qıfıl vuranların, axirətlərinə, ruhlarına, nə vaxtsa mütləq qıfıl vurulacaq. Bu gün bu il, olmasa da mütləq qıfıllanacaq.

Göydən dua etdiyim Tanrım baxır, onun yerdəki nümayəndəsi prezidentimə şikayətim nə vaxtsa çatar, bəndənizi aşağılayan, dövlətini sarsıdanlar, nə vaxtsa balalarından olmasa, nəvələrindən görəndə nə vaxtsa sarsılar, cəzalarını dörd kitab, 124-min Peyğəmbər göndərən tanırım və yerdəki nümayəndəsi verər.

DİN-ə göndərdiyim şikayətlərə vaxtında cavab verilsəydi, heç kimsə bu qədər ədalətsiz davrana bilməzdi. DİN təhlükəsizlik idarə rəisi Hikmət Eyvazov 07. 08.

2014 və 13.08.2014  məktub göndəribDİN-ə ünvanlanmış  müraciətiniz   İmişli  PRS-yə  göndərilmişdir”

15. 08. 2014. hörmətli Hikmət Eyvazov yenə yazır:

AR. Prezident Admistrasiyasına ünvanlanmış müraciətiniz araşdırılıb müvafiq tədbir görülməsi üçün İmişli RPŞ-yə göndərilmişdir.”

Nə araşdırıldı hörmətli Hikmət Eyvazov?

Tədbir lazım olsa, zərərçəkmiş mən olduğum halda cinayətkarı türemşiki, mələkə çevrirən bir rayonda elə mənim haqqımda görüləcək.

Baş Prokurorluğdan kiçik bildiriş göndəriblər. Ədliyyə nazirliyindən cavab yoxdur, Əmlak Komitəsi Şirvan Regional idarə rəisi M. Qambayevi mələyə çevirən iki məktub  göndərib. Yeganə razı qaldığım ünvan  Torpaq və Xəritəçəkmə  Komitə sədri Qərib Məmmədovdur ki, məktublarıma cavab verib, tədbir görüb.

 Hörmətli cənab prezident, hörmətli cənablar!

06 iyul 2014, 24 iyul 2014, 19 avqust 2014-cü il tarixlərdə etdiyim şikayətlərin  araşdırmasını  ölkənin simvolu prezident kimi Sizdən son  dərəcə vicdan əzabı çəkərək xahiş edirəm. Hər halda xalqıma, dövlətimə heç vaxt zərər gətirən addımım olmayıb, xeyrimsə az olmayıb.”

 

PS.Yazıda adıçəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

   

                                                          

                                                                                                        

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin