Qardaşı ilə birlikdə Vətən müharibəsində döyüşən şəhidimizi tanıyaq - FOTO

Hazırda oxunan: Qardaşı ilə birlikdə Vətən müharibəsində döyüşən şəhidimizi tanıyaq - FOTO

5568

Kərimli Səməd İkram oğlu 2000-ci il dekabrın 16-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Bizim.Media xəbər verir ki, Kərimli Səməd 2007-ci ildə Malik Piriyev adına Əliabad kənd tam orta məktəbinin birinci sinifinə gedib.

2016-cı ildə Biləsuvar rayon Peşə liseyinin "Kompyuter ustası" ixtisasına qəbul olaraq təhsilini orada davam etdirir. Orada oxuduğu müddətdə də müəllimlərinin və tanışlarının sevimlisinə çevrilir. Hər kəs Səmədi zarafatcıl, şirindilli, zəhmətkeş və digər müsbət xüsusiyyətlərinə görə tanıyırdılar, sevirdilər.

Məktəbin təşkilatı işlərində çox fəal iştirak edirdi. Hətta Xocalı faciəsinə həsr olunmuş tədbirdə Səməd rol alaraq şəhidin ölüm səhnəsini canlandırmışdı. Amma o vaxtı nə biləydi ki, zaman gələcək və oynadığı rol həqiqətə çevriləcək.

2018-ci ildə məktəbi başa vurur, 2019-cu ilin iyul ayının 2-də həqiqi hərbi xidmətə çağrılır. Andiçmə mərasiminə kimi Ağcabədi rayonunda yerləşən hərbi hissədə olur. Andiçmə mərasimindən sonra isə Beyləqan rayonunda hərbi xidmətini davam etdirir.

İxtisas seçimi zamanı topçu ixtisasını seçir. Hərbi xidmətdə olduğu zaman da komandirlərinin, əsgər yoldaşlarının hörmətini qazanır. Torpaqlarımızın erməni işğalı altında olması şəhid Səmədə pis təsir edirdi, hətta evdə məktəbli olarkən deyirdi ki, Qarabağımızı azad edəcəyəm. O vaxt bu sözlər sadəcə balaca bir uşağın dilindən deyilən sözlər kimi qəbul olunmuşdu.

2020-ci il sentyabr ayının 27-də başlayan böyük Vətən müharibəsinin ilk günlərindən şücaət göstərir. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin işğaldan azad edilməsində fəal iştirak edir. Bir zamanlar Səmədin atası Kərimov İkram da Birinci Qarabağ müharibəsində iştirak etmişdi və veteran olmuşdu.

Qardaşı Kərimov Elvin də vətənin müdafiəsi üçün hərbçi olmağı seçmişdi. O, C. Naxçıvanski adına hərbi liseyi bitirmiş, sonra H. Əliyev adına AHM-i qurtararaq 2020-ci ildən artıq xidməti vəzifəsinə başlamışdı.

Vətən müharibəsi başlanan gündən o da ön cəbhədə rəşadətlə vuruşanlardandır. Kəlbəcər istiqamətində geden döyüşlərdə uğurlu əməliyyatlar keçirib. Bu vətənpərvərlik hissi, Vətənin hər qarışını göz bəbəyi kimi qorumaq hisləri ailədə, atasından görüb eşitdikləridən oyanmışdı Səməddə.

Sonuncu döyüşü Şuşanın azad olunması uğrunda olur. Həmin gündən çəkilən şəkilləri,videoları indi geridə xatirə kimi qalıb. Noyabrın 8də Şuşada gedən qızğın döyüş zamanı Səməd yaralanır. Həkimlərin səyinə baxmayaraq onu xilas edə bilmirlər. Şəhid Kərimli Səməd 9 noyabrda doğulduğu Əliabad kəndində dəfn olunub. (Report)

Allah rəhmət eləsin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin