Azərbaycanda “xərçəng”in ən çox yayıldığı rayonlar - SİYAHI

Hazırda oxunan: Azərbaycanda “xərçəng”in ən çox yayıldığı rayonlar - SİYAHI

55561
Azərbaycanda ən qorxunc xəstəliklərin yayıldığı regionların adları açıqlanıb. 

Dövlət Statistika Komitəsinin aznews.az-ın sorğusuna cavab olaraq bildirdiyinə görə, yenitörəmələr daha çox Şirvan, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bakı və Gəncə şəhərlərində yayılıb. Şiş xəstəliklərindən rayonlarda da kifayət qədər əziyyət çəkən var. 

Belə ki, yenitörəmələr ən çox Xızı, Tovuz, Qəbələ, Ağstafa və Samux rayonlarında daha geniş yayılıb. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xərçəng xəstələrinin sayı 9064, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 34 681 nəfərdir. 

Son illər irsi qan xəstəliyi ilə bağlı müalicə üçün qeydiyyata düşənlər də az deyil. Belə ki, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan hemofiliyalı xəstələrin sayı 87, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 948 nəfərdir. Vərəmli xəstələrin 11456 nəfəri müalicə-profilaktika müəssisələrində, 4528 nəfəri isə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin