Şimal rayonlarında ətin qiyməti bahalaşmayıb, proqnozlar isə… - FOTO

Hazırda oxunan: Şimal rayonlarında ətin qiyməti bahalaşmayıb, proqnozlar isə… - FOTO

55508

Paytaxtda ətin qiyməti bahalaşsa da şimal rayonlarında mal və qoyun ətinin qiymətində artım yoxdur.

Bizim.Media xəbər verir ki, bu gün Qusar, Quba, Xaçmaz rayonlarının bazarlarında mal ətinin kilorqamının, əvvəlki günlərdə olduğu kimi, 11 manat, qoyun ətinin kiloqramının isə 13 manata satıldığını öyrəndik.

Satıcılar və alıcılar ətin qiymətinin hələ qalxmadığını deyirlər. Amma proqnozlar yaxın günlərdə bölgədə də ətin qiymətinin bahalaşacağını göstərir.

Kənd təsərrüfatı mütəxəssisləri ehtimal edirlər ki, bu günlərdə şimalda da ətin qiyməti qalxacaq. Bunun əsaslı səbəbləri var.

Bildirilir ki, mal-qara saxlamaq imkanları rayonlarda xeyli azalıb. Kəndlərdə sakinlər iribuynuzlu və xırdabuynuzlu heyvanlarını otarmaq üçün örüş yeri tapmırlar.
Bu səbəbdən mal-qaranın sayında azalma müşahidə olunur. Üstəlik, bazarda mal yeminin qiyməti də artıb. Bir müddət əvvəl kiloqramı 45 qəpiyə satılan arpa indi 55, kiloqramı 55 qəpiyə satılan buğda isə 70 qəpiyə olub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin