"Cəlilabdda sahibsiz və küçə itləri üçün saxlanc yerlərinin tikilməsi planlaşdırılıb".
Bizim.Media xəbər verir ki, bunu Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev bildirib.
İdarə rəisi əlavə edib ki, rayon ərazisində sahibsiz və küçə itlərinə qarşı quduzluq əleyhinə mütəmadi olaraq vaksin vurulur və peyvəndləmə işləri aparılır.
Məlumat üçün bildirək ki, ötən il ərzində 473 nəfəri it dişləyib. Onlardan 203-ü uşaqdır.
Rayon sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, rayon mərkəzində bütün küçələrdə sahibsiz itlərə rast gəlmək olur: "Uşaqları tək məktəbə göndərməkdən qorxuruq.
Sürü halında gəzən küçə itlərinin birdən 5-6-sı hücum edir". (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:20 / 15.01.2022
Cəlilabadda sahibsiz itlər üçün sığınacaq tikiləcək
Hazırda oxunan: Cəlilabadda sahibsiz itlər üçün sığınacaq tikiləcək
Hazırda oxunan: Cəlilabadda sahibsiz itlər üçün sığınacaq tikiləcək
55460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.