Qarabağdakı müharibə fəndləri hərb sənətinə dair dərsliklərə salınmalıdır və diqqətlə öyrənilməlidir. Bu haqda Polşa ordusunun istefada olan mayoru, hərbi ekspert Gjeqoj Trjeçak bildirib. Mayor orduda xidmət edərkən tərkibində pilotsuz uçan aparatların da olduğu eskadrilyaya komandanlıq edib.
Mayor Trjeçak deyir ki, müasir müharibə “üçölçülü fəzaya keçib”.
Belə ki, Qarabağda gedən 44 günlük müharibə Azərbaycan ordusunun dronlardan kütləvi istifadəsi ilə fərqləndi və bu da erməni ordusunun məğlubiyyətinin əsas səbəblərindən biri idi.
“Bu müharibə hələ 5-7 il əvvəl baş verən müharibələrdən köklü şəkildə fərqlənir. Pilotsuz uçan aparatlar zərbə və kəşfiyyat funksiyasını yerinə yetirməklə yanaşı hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkara çıxarmaq üçün yalançı hədəf rolunu da oynayıb''.
''Habelə dronlar hədəf üzərində asılıb qala və istənilən an ona zərbə endirə bilən döyüş sursatlarına çevrilib. Məsələnin psixoloji tərəfinə xüsusən diqqət yetirmək lazımdır-operator kompüter oyunlarında olduğu kimi coystikin bir hərəkəti ilə onlarla əsgəri öldürə bilər”,- o deyib.
Ekspert qeyd edir ki, robotlaşdırılmış sistemləri idarə edən hərbi operatorların xüsusi təlim keçməsi tələb olunur. Mayor Trjeçak deyir:
“Qarabağın dərsləri bizə bunu deyir: hərbi doktrinaların və qaydaların dəyişdirilməsi üzərində işləmək lazımdır. Başa düşmək lazımdır ki, hərbçilər gözəgörünməz düşmənə qarşı döyüşməyə hazırdımı...” (Virtual.org)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 17.12.2020
Polşa hərbçisi Azərbaycan ordusunun təcrübəsini dərsliklərinə salmağa çağırır
Hazırda oxunan: Polşa hərbçisi Azərbaycan ordusunun təcrübəsini dərsliklərinə salmağa çağırır
Hazırda oxunan: Polşa hərbçisi Azərbaycan ordusunun təcrübəsini dərsliklərinə salmağa çağırır
5544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.