Ziya Məmmədovun monitorlarını BNA işlədə bilmir

Hazırda oxunan: Ziya Məmmədovun monitorlarını BNA işlədə bilmir

5541

Sərt karantin rejimini pozan insanları tutun və cərimələyin! Dükanları bağlayın, kafe və restoranlar işləməsin! Koronavirus pandemiyası dövründə üzərimizə düşən vəzifə ancaq budursa, bu, asan çıxış yoludur, xilas deyil.

Bizim.Media olaraq, pandemiyanın yaratdığı bəzi problemləri işıqlandırmışıq. Çalışmışıq ki, bəşəriyyəti çulğalıyan bu amansız bəlayla mübarizədə öz köməyimizi əsirgəməyək. 

Onlardan biri, dayanacaqlarda avtobus gözləyən insanların toplaşmasıdır. Çıxış yolu kimi, hələ pandemiyadan çox-çox əvvəl dövlətin milyon dollarla vəsaiti hesabına quraşdırılan elektron məlumat lövhələri idi.

Hazırda paytaxt Bakının avtobus dayanacaqlarında quraşdırılmış ağıllı informasiya terminallarının vəziyyəti bərbaddır.

9 il öncə Nəqliyyat Nazirliyi tərəfindən paytaxtda 600-dən çox informasiya terminallarının quraşdırıldı. Və bu monitorlar üçün dövlət büdcəsindən 100 milyon manat vəsait xərcləndi. Manitorların idarə olunması isə Nəqliyyatın İdarə Edilməsi Mərkəzinə həvalə olundu. Ağıllı övhələr isə cəmi 2 il normal vəziyyətdə çalışdı. 

Həmin monitorlar 7 ildir ki, huşunu itirib. 600 monitordan biri də işləmir. Belə  lövhələr arasında eləsi var ki, toz basıb, eləsi də var reklam xarakterli məlumatlar gedir. Bundan ötrü isə nə o zaman Nəqliyyat naziri olan Ziya Məmmədov, nə də ki, belə layihələrin davamçısı Bakı Nəqliyyat Agentliyi heç bir məsuliyyət daşımır.

Ölkəmizin koronavirus infeksiyası ilə mübarizə apardığı bir dövrdə sərnişinlərin belə monitorlardan istifadə etməsinə çox ehtiyyacı var.

Çünki, sərnişinlər məlumatsızlıqdan daynacağın qarşısına  kütləvi şəkildə toplaşır, gedəcəyi  ictimai nəqliyyatın nə zamana gələcəyini gözlərinin kökü saralana kimi gözləyirlər.

BNA-nın Mətbuat xidətinin rəhbəri Mais Ağayev deyir ki, informasiya terminalları Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin bir komponenti olaraq 2011-ci ildə quraşdılıb. Lakin elə ilk illərdən də bu terminallar təyinatı üzrə tam fəaliyyət göstərmədi:

“Bakı Nəqliyyat Agentliyi ötən müddət ərzində terminalların işinin bərpası ilə bağlı müəyyən işlər görüb. Amma istismar müddətini başa vurduğundan eləcə də texniki baxımdan müasir informasiya texnalogiyalarının tələblərinə cavab vermədiyindən bu terminalların işini bərpa etmək mümkün olmayıb”. 

600 monitora dövlət büdcəsindən 100 milyon xərcləyib cəmi iki illik istismar etmək talandan başqa bir şey deyil. İndi bunu cavabını kimsə verməlidir, ya yox?

Belə layihələrin varisi olan BNA isə yaxasını qırağa çəkib daha innovativ layihə təklif edir. 
Qurumun sözçüsü Mais Ağayev deyir ki, ictimai nəqliyyat istifadəçilərinin məlumatlandırılması məqsədi ilə daha müasir və daha səmərəli sistem qurulacaq.

Bura “Bakıkart”a keçid, Mərkəzi Dispetçer Xidmətinin yaradılması işləri daxildir:

“Bu işlər tam yekunlaşdıqdan sonra əhali  istifadə etdikləri mobil rabitə qurğuları vasitəsilə də marşrut xətlərinin hərəkət cədvəli  ilə bağlı real vaxt rejimində dəqiq məlumatlar əldə edə biləcəklər. Mövcud pandmeiya ilə əlaqədar bu işlər müəyyən reallıqlar nəzərə alınmaqla həyata keçirilir”.

Mayis Ağayev bundan ötrü nə qədər dövlət vəsaitin xərcələnəcəyini isə hələ dəqiq bilmir. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin